Suriyada sabitliyin bərqərar olunması vacibdir - XİN

16:40 18.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail-Suriya qarşıdurması ilə bağlı yerli medianın sualını cavablandırıb.

Hafta.az Xarici İşlər Nazirliyinin mətbuat katibinə ünvanlanmış sualı və Ayxan Hacızadənin cavabını təqdim edir.

-Son bir neçə gündə Suriya silahlı qüvvələrinin cənub bölgələrinə nəzarəti bərpa etmək istiqamətində tədbirləri İsrail ordusunun müdaxiləsi ilə nəticələnib. Bu eskalasiyaya münasibətinizi öyrənmək istərdik?

-Suriyada baş verən prosesləri yaxından izləyirik. Suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə və siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik.

Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir.

Siyasət rubrikasından digər xəbərlər